MDB PA-nın baş katibi APA ölkələrini faşizm üzərində qələbənin 80-ci ildönümü tədbirinə dəvət edib

MDB Parlamentlərarası Assambleyasının əsas vəzifələrindən biri quruma üzv ölkələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılmasıdır. SİA xəbər verir ki, bu barədə MDB Parlamentlərarası Assambleyasının baş katibi Dmitri Kobitski fevralın 19-da Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.

O xatırladıb ki, bu il II Dünya müharibəsində qələbənin 80-ci ildönümüdür:

"Bu çərçivədə cari ilin aprel ayında iclas keçiriləcək. May ayında isə XI Nevski Beynəlxalq Ekoloji Konqresi baş tutacaq. APA ölkələrini bu tədbirlərdə iştiraka dəvət edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə