MDB Parlamentlərarası Assambleyasının əsas vəzifələrindən biri quruma üzv ölkələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılmasıdır. SİA xəbər verir ki, bu barədə MDB Parlamentlərarası Assambleyasının baş katibi Dmitri Kobitski fevralın 19-da Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.
O xatırladıb ki, bu il II Dünya müharibəsində qələbənin 80-ci ildönümüdür:
"Bu çərçivədə cari ilin aprel ayında iclas keçiriləcək. May ayında isə XI Nevski Beynəlxalq Ekoloji Konqresi baş tutacaq. APA ölkələrini bu tədbirlərdə iştiraka dəvət edirəm”.