Oman Asiya Parlament Assambleyasına (APA) tamhüquqlu üzv, Belarus isə müşahidəçi kimi qatılır. SİA xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində məlumat verib.
Onun sözlərinə görə, hər iki ölkə bununla bağlı fevralın 18-də quruma müraciət edib:
“Müraciətlərə müsbət cavab veriləcəyinə ümid edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə