Oman APA-ya tamhüquqlu üzv, Belarus müşahidəçi kimi qatılır

19 Fevral 2025 10:28 (UTC+04:00)

Oman Asiya Parlament Assambleyasına (APA) tamhüquqlu üzv, Belarus isə müşahidəçi kimi qatılır. SİA xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində məlumat verib.

Onun sözlərinə görə, hər iki ölkə bununla bağlı fevralın 18-də quruma müraciət edib:

“Müraciətlərə müsbət cavab veriləcəyinə ümid edirəm”.