"Prezident İlham Əliyevin Çin televiziyasına müsahibəsində də dediyi kimi, Azərbaycan-Çin əlaqələri yüksək səviyyədə inkişaf edir. Doğurdan da Azərbaycanla Çin arasında iqtisadi əlaqələr yüksələn xəttlə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Onun sözlərinə görə, bir neçə il bundan əvvəl Çinin Ermənistanla ticarət dövriyyəsi bizdən çox idi. Biz ondan sonrakı illərdə Çinlə ticarət dövriyyəsinin iqtisadi əlaqələrdə xeyli gücləndirdik. "Bizim indi ticarət dövriyyəmiz Çinlə xeyli dərəcəd artıb və inkişaf edib. Çin bizim üçün strateji ölkədir. Çünki Çinlə bir ortaq yol xətti keçməlidir. Ona görə də bizim Çinlə həm də, kommunikasiya xəttinin açılması məsələsində maraqlarımız üst-üstə düşür. Bir sıra beynəlxalq təşkilatlar var ki, biz orada Çin ilə birlikdə təmsil olunuruq, eyni zamanda Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Azərbaycanla bağlı məsələlərdə də Çin obyektiv mövqe tutur. Cənab Prezident Çin televiziyasına verdiyi müsahibədə bir sıra məsələlərə toxunub. O cümlədən Çin ilə Azərbaycan arasındakı əlaqələri vurğulayıb. Ölkə başçımız İlham Əliyev Çinin rəhbəri və bir sıra nümayəndələrlə görüşlər keçirib. Hesab edirəm ki, bundan sonrakı müddətdə Çinlə bizim əlaqələrimiz ən yüksək səviyyədə olacaq və Orta Dəhlizin açılmasında da, bizim maraqlarımız ortaq olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə