"Ermənistan Tramp Administrasiyası üçün maraq kəsb etməyəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

“Tramp Administrasiyası Cənubi Qafqazda əsas Azərbaycanla əməkdaşlığa önəm verəcək. Çünki Tramp pul xərcləməyi xoşlamır, Ermənistanın isə hər zaman maliyyəyə ehtiyacı var. Ermənistan bu baxımdan Amerikadan, Avropadan yardımlar istəyir. Əlbətdə bu mənada Ermənistan Tramp Administrasiyası üçün maraq kəsb etməyəcək. Düzdür, Tramp Administrasiyasında ermənipərəst insanlarda var və burada müəyyən suallar yaranır. Amma onun ötən prezidentlik müddətindəki təcrübəni nəzərə alsaq, 2016-2020-ci illərdə Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyədə idi. Həmçinin İkinci Qarabağ müharibəsi zamanı əngəl yaratmadı, bu baxımdan düşünmək olar ki, bu dəfəki hakimiyyəti dövründə də, onun Administrasiyası Azərbaycanla Cənubi Qafqazdakı əməkdaşlığa əhəmiyyət verəcəklər”. Bu sözləri politoloq Elxan Şahinoğlu SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Tramp özü şəxsən Cənubi Qafqazla məşğul olmayacaq: “Çünki dünya böyükdür, müxtəlif ölkələr var, həmçinin Trampın problemləridə çoxdur. Əlbəttə Azərbaycanla əməkdaşlıqda Administrasiya çalışacaq, yəni Trampın bu istiqamətdə təlimatı olacaq. Ermənistan Tramp Administrasiyası üçün böyük maraq kəsb etmir. Bu baxımdan Ermənistanla xüsusi əlaqələrin qurulmasını zənn etmirəm. Əlbəttə Ermənistan hakimiyyəti Tramp Administrasiyası ilə sıx əlaqələr, həmçinin Amerikanın Ermənistanı müdafiə etməsini istəyər. Bunların baş verəcəyini zənn etmirəm, çünki konkret fakt var ki, İkinci Qarabağ müharibəsi dönəmində Ermənistan istəsə belə Tramp Administrasiyası Azərbaycana təzyiq etmədi”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə