“Bütün bu işlər hamısı Prezidentin nəzarəti altındadır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunan kimi cənab Prezidentin tapşırığına və təşəbbüsünə əsasən orada 30 il ərzində işğal altında olmuş ərazilərimizin minalar və hərbi silah-sursatlardan təmizlənməsi abadlığı və infrastruktur layihələrin həyata keçirilməsi üçün böyük iş başlamışdır. Artıq 5-ci ilə qədəm qoyur ki, Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur və quruculuq-abadlıq lahiyələri həyata keçirilir. Bu məqsədlə cənab Prezident tərəfindən Böyük Qayıdışa dair xüsusi dövlət proqramı qəbul edilmişdir və bu proqramın birinci hissəsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Musa Quliyev sözlərinə belə davam edib: “İndiyə qədər bu proqramın icrası üçün 20 milyard manatdan çox dövlət vəsaiti ayrılmışdır və hər il də dövlət büdcəsindən təxminən 5 və yaxud 4 milyard manat vəsait ayrılır. İndiyə qədər də artıq 20 mindən çox soydaşımız ötən il oraya köçüb məskunlaşmışdır. 30 mindən artıq insan isə orada yaşayır və işləyir.

Şuşa, Ağdam, Füzuli, Laçın, Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl artıq öz sakinlərini qəbul etməkdədir. Xocalıda, Xankəndində artıq soydaşımız ata-baba yurdlarına qayıdıb yaşayırlar. Məqsəd ondan ibarətdir ki, qısa müddət ərzində bütün vaxtilə ermənilər tərəfindən işğal olunmuş və dağıdılmış rayonlarımız bərpa olunsun, orada insanlarımızın yaşamağı üçün ən münbit şərait yaradılsın. Bu istiqamətdə də böyük işlər aparılır. Bütün bu işlər hamısı cənab Prezidentin nəzarəti altındadır.

İşğal altında zamanında olmuş və tamamilə dağıdılmış rayonlarımızın, şəhərlərimizin baş planları cənab Prezident tərəfindən işlənib hazırlanıbdır, təsdiq olunub. Əlamətdar cəhət ondan ibarətdir ki? istər baş plan hazırlanması, istər onun təsdiq olunması həmin rayonun sakinlərinin birbaşa iştirakı ilə həyata keçirilirdir və görülən işlər də ən yüksək səviyyədə aparılır və cənab Prezident dediyi kimi “Biz Qarabağ və Şərqi Zəngəzuru dünyanın cənnətinə çevirəcəyik”.

Artıq ağıllı kənd, ağıllı şəhər lahiyələri uğurla həyata keçirilir və gözəl kəndlər, şəhərlər salınır. Bugün Cəbrayıla növbəti köç karvanı baş verdi və insanların üzündəki sevinci, səsindəki uzun illərin həsrətini və artıq o torpaqlarına qayıtmağının məmuniyyətini görməmək mümkün deyil. Bu doğrudan da bir xoşbəxtlikdir və eyni zamanda cənab Prezidentin Azərbaycan dövlətinin tarix qarşısında, millət qarşısında ən böyük xidmətləridir ki, biz bunun real nəticələrini görürük. Əlbəttə, bu proseslər davam edəcəkdir və Azərbaycan cənab Prezidentin dəfələrlə söylədiyi kimi bu işlərin hamısını öz gücünə, öz maliyyəsi hesabına həyata keçirir. Baxmayaraq ki müəyyən beynəlxalq təşkilatların borcudur ki, ən azı minalardan təmizlənməsində və müəyyən infrastruktur lahiyələrin həyata keçirilməsində öz beynəlmiləl borclarını yerinə yetirməlidirlər. Bunlar da həyata keçirilmədi.

Amma qısa müddət ərzində oranı cənab Prezident yaşıl enerji zonası elan edib. Orada həm turizmin, həm kənd təsərrüfatının, həm müəyyən elm-təhsil, mədəniyyətin dirçəldilməsi üçün böyük işlər görəcəyik və doğrudan da Prezidentin söylədiyi kimi bu bölgələr Azərbaycan xalqının fəxr etdiyi, qürur duyduğu bir cənnət məkana çevriləcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə