“Qarayaxma kampaniyasına son qoyulacaq” - ŞƏRH EDİLDİ

”Bugünlərdə Amerika Birləşmiş Ştatlarında əsas mövzulardandır biri olan USAİD-in fəaliyyətinin dayandırılması və araşdırılmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, həqiqətən də bu araşdırma hələ təzə başlayıb və artıq aydın olur, ki bu təşkilat humanitar deyil, siyasi xarakteri ilə seçilirdi: “Çünki bir çox maliyyələşdirdiyi layihələr məhz digər dövlətlərin daxili işlərinə qarışmaq, orada inqilabları qızışdırmaq, vəziyyəti qızışdırmaq, inqilablara sövq etmək və eyni zamanda müstəqil dövlətlərə öz mövqeyini möhkəmləndirmək həmin dövlətlərdə yəqin ki bu məqsədlərə xidmət edirdi.

Eyni zamanda onu da bildirək ki, elə Cənubi Qafqaz regionunda USAİD təşkilatının layihələri var idi, həm Azərbaycanda, həm Gürcüstanda, həm Ermənistanda. Amma mən düşünürəm ki, ən çox əziyyət çəkən bu qərarlardan məhz Ermənistan olacaq. Çünki USAİD təşkilatı daha çox Ermənistana maliyyə yardımı göstərirdi və eyni zamanda özünün maliyyə yardımı ayırdığı aparıcı kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qarayaxma kampaniyası keçirirdi.

Məlum olduğu kimi heç Amerikanın özündə də hazırkı prezident Donald Trampa qarşı hələ onun namizəd olduğu dövrdə, eyni zamanda onun əvvəlki dövrlərdə kütləvi informasiya vasitələrində sifarişli məqalələri dərc etdirirdi. Mən düşünürəm ki, artıq bu agentliyin fəaliyyətinin araşdırılması, eyni zamanda fəaliyyətinin dayandırılması o deməkdir ki, ölkəmizə qarşı da bu cür dünyanın aparıcı kütləvi informasiya vasitələrində qarayaxma kampaniyasına son qoyulacaq. Çünki artıq maliyyə də artırılmayacaq.

İndi təsəvvür edin ki, BBC kimi kütləvi informasiya vasitələrinə vəsaitlər ayrılırdı və həmin kütləvi informasiya vasitələri üzərindən də Azərbaycana qarşı bu cür hücumlar edilirdi. Onu da unutmayaq ki, bugün Amerikada idarəetmənin səmərəliliyinin artırılması məqsədilə bir çox sahələrdə bucür yoxlamalar, araşdırmalar gedir. Amma bu təşkilatın həqiqətən də bütün dünyada fəaliyyət göstərdiyini, eyni zamanda Amerikanın dövlət büdcəsindən böyük həcmdə vəsaitlərin ayrılması, hər il 40 milyarda yaxın vəsait ayrılırdı. Təbii ki bütün bu fəaliyyət ötən dövrlər ərzində fəaliyyəti araşdırılmalıdır və araşdırılacaqdır. Mən düşünürəm ki, hələ bir çox sürprizlərin şahidi olacağıq. Çünki bu təşkilat həqiqətən də çoxşaxəli fəaliyyət həyata keçirirdi. Amma bu fəaliyyət daha çox öz maraqlarının təmin edilməsinə, eyni zamanda müxtəlif regionlarda gərginliyin artırılmasına xidmət edirdi. Mən düşünürəm ki, çox düzgün addımdır ki, bugün həmin o təşkilatın yarıtmaz fəaliyyəti yoxlanılır, araşdırılır və bununla bağlı da müvafiq qərarlar qəbul olunacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə