“Ermənistan yenə sülhə gəlməsə,…” - TÜRK POLİTOLOQ DANIŞDI

“20 yanvar 2025-ci ildən başlayaraq, yəni ABŞ prezidenti Donald Trampın ikinci dövründə bütün dünyanın gözü ABŞ-dadır”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, Donald Trampın iddia etdiyi kimi Yaxın Şərq və Ukraynada gedən müharibələri dayandıra bilib-bilməyəcəyi, vədinə əməl edə bilsə, hansı şərtlərlə bunu edəcəyi maraq mövzusuna çevrilib: “Türkiyə üçün yeni Suriyanın qurulması prosesi, qaçqınların geri qaytarılması, Azərbaycan və Ermənistan arasında mümkün sülh razılaşması 2025-ci ildə yaxından izləyəcəyim məsələlər arasındadır.

Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya üzvlük və ya üzvlük zəmanəti və onların geri qaytarılması kimi çətin şərtləri gündəmə gətirib. Krım da daxil olmaqla, işğal olunmuş ərazilər gündəmə gətirildi. Məlumdur ki, Rusiya prezidenti Vladimir Putin rus əsgərlərini işğal olunmuş Ukrayna ərazilərindən çıxarmaq niyyətində deyil. Bununla belə, hər iki tərəfin sülh masasına oturacağı təqdirdə güzəştə gedə biləcəyi ilə bağlı şərhlər var.

Hər iki ölkə ilə sıx əlaqələrə malik olan Türkiyə, mümkün Rusiya-Ukrayna sülhünün əhəmiyyətli siyasi və iqtisadi qazanclar gətirəcəyini gözləyir. Qafqazda sülh olsun. Ermənistan yenə sülhə gəlməsə bu dəfə biz Türkiyə və Azərbaycan olaraq onları tarixə basdıracağıq. 2024-cü ildə Azərbaycan və Ermənistan arasında daimi sülh sazişi üzrə danışıqlarda irəliləyiş olmasına baxmayaraq, yekun razılıq əldə olunmayıb. İki ölkə arasında razılaşmanın tamamlanması 2025-ci ilin mühüm gözləntiləri arasındadır.

Azərbaycan-Ermənistan razılaşması ilə paralel olaraq Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması da daxil olmaqla razılaşmaların olacağı gözlənilir. Türkiyə Ermənistandan necə görünür? Qeyd edilir ki, proses başa çatarsa, Qafqazda yeni bir dövr başlayacaq və Zəngəzur dəhlizi kimi mühüm xətlər tamamlanarsa, bu, iqtisadi canlanmaya dəstək verə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə