Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 21-də keçirilən iclasında deyib.
O, seçki məntəqələrinin qızdırılması və işıqlandırılmasının zəruri məsələlərdən biri olduğunu vurğulayıb:
"Səsvermə kabinələrinin normal işıqlandırılması seçicilər üçün vacibdir. Hansısa məntəqədə bununla əlaqədar ciddi qayda pozuntusu qeydə alınsa, o komissiyanın üzvləri cəzalandırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə