Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 21-də keçirilən iclasında deyib.
O, seçki məntəqələrinin qızdırılması və işıqlandırılmasının zəruri məsələlərdən biri olduğunu vurğulayıb:
"Səsvermə kabinələrinin normal işıqlandırılması seçicilər üçün vacibdir. Hansısa məntəqədə bununla əlaqədar ciddi qayda pozuntusu qeydə alınsa, o komissiyanın üzvləri cəzalandırılacaq".