“İlham Əliyevin usta siyasəti, iradəsi xüsusi qeyd edilməlidir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab İlham Əliyev Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, tam məntiqli, yerində və düşünülmüş addım, qərardır: “Konstitusiyamız Ana Qanun kimi 30 il öncə, Ulu Öndər Heydər Əliyevin dərin zəkasının nəticəsi olaraq mükəmməl şəkildə qəbul edilib. Məhz bu Konstitusiyamızın tələblərinə uyğun olaraq, Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyinini hərbi yolla bərpa etmək hüququndan yararlanaraq, bu tələbə uyğun olaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən Müharibəsi və bir günlük antiterror tədbirləri ilə ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin edib.

Bəli, hələ 1918-20-ci illər - AXC dövründən de-yure suveren dövlət kimi təsbit olunmuşuq. Ancaq faktlar onu deyir ki, son 100 ildə ilk dəfədir sözün əsl mənasında, de-fakto suverenik. O baxımdan ki, ərazimizdə heç bir separatizm yuvası, mərkəzi hakimiyyətin nəzarətindən kənar qüvvələr yoxdur, yəni ermənilərin hərbi xuntası gorbagor edilib. Son 100 ildə ilk dəfədir bu cür de-fakto suverenliyin şahidi oluruq. Əlbəttə, burada Prezident İlham Əliyevin usta siyasəti, iradəsi xüsusi qeyd edilməlidir.

Çox mükəmməl, bütün hüquqlar incə detalına qədər təsbit olunmuş Konstitusiyamızın, suverenliyimizin təbliği, yaratdığı qürur və imkanların təşviqi baxımından 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" kimi qeyd olunması çox uğurlu qərardır, yüksək dəyərləndirilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə