BAYRAQDAR MEDİA - “Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirlər”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.
O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib: “Müstəqilliyimizin ilk illərində, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər tez bir zamanda vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycanı xaosdan, anarxiyadan xilas etdi. Bir sözlə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu təmin etdi. Bundan sonra isə müstəqil Azərbaycanın quruculuq dövrü başladı”.
F.Əliyev qeyd edib ki, məhz Ulu Öndərin uzaqgörən, dahiyənə siyasəti, atılan qətiyyətli addımlar nəticəsində Azərbaycanda sabitlik və inkişaf əldə edildi: “Onu da qeyd etmək vacibdir ki, xalqımızın Ümummilli Liderinin əsasını qoyduğu və bütün sahələri əhatə edən siyasətin uğurları bu gün də özünü göstərir. Eyni zamanda dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, xarici proseslərdə ön sırada getməyi bacarıb. Azərbaycan, həmçinin bu gün regionda əsas söz sahibidir. Ölkəmiz COP29 kimi beynəlxalq əhəmiyyətli bir tədbirə ev sahibliyi etməklə bəşəriyyəti narahat edən problemlərin həlli üçün də ön sırada getdiyini nümyiş etdirir. Bir sözlə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş, çoxşaxəli siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz hər keçən gün yeni-yeni uğurlara, nailiyyətlərə, qələbələrə imza atır”.
Bütün xəbərlər Facebook səhifəmizdə