Ceyhun Bayramov Türkiyəni təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində təşkilatın baş katibi təyin olunması münasibətilə Türkiyənin xarici işlər naziri Hakan Fidanı təbrik edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin telefon danışığı zamanı ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar:

"Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F. Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə