“Bayden öz maraqlarını dövlətin maraqlarından üstün tutur” - ŞƏRH

“ABŞ prezidenti C.Bayden oğlunun əfv edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncama ilk münasibət bildirən isə ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trump olub. O bu hadisəni Baydenin vəzifəsindən sui-istifadə etməsi və məhkəməyə hörmətsizlik kimi qiymətləndirib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, yay aylarında Baydenə oğlu ilə bağlı sual verildikdə əfv imzalamayacağını bildirmişdi: “Bu da onu göstərir ki, hakimiyyətinin son dövrlərində oğlunu iddiham olunduğu bütün maddələrlə əfv etdi.
Maraqlısı odur ki, bu barədə Putinin sözçüsü də bu məsələ ilə bağlı şərh verməkdən imtina edib, suallara cavab verməyib.
Yəni, Bayden prezidentin edə biləcəyi bir addım atıb. Yanvarın 20-si andiçmə mərasimindən sonra hakimiyyətə gələcək D.Trump bu əfv fərmanını ləğv edə və ya bu barədə yeni bir qərar çıxara bilməz. Yəni, qanun buna imkan vermir. Bu da Baydenin öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmasını göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə