"Hərbi sahədə çalışan insanların maaşlarının artması bu sahəyə axını artırar" - VÜQAR İSKƏNDƏROV

"2025-ci ilin dövlət büdcəsi çox mükəmməl hazırlanıb". SİA xəbər verir ki, bu sözləri deputat Vüqar İskəndərov deyib.

O bildirib ki, düşünürəm, bu büdcə öz töhfələrini verəcək: "Ordumuzun gücünü artırmaq üçün lazımlı addımlar atırıq. Hərbi sahədə çalışan insanların maaşlarının artması bu sahəyə axını artırar".

"Şəki şəhərində çoxmənzilli yataqxana binası qəzalı vəziyyətdədir. Bu məsələ iki il keçməsinə baxmayaraq öz həllini tapmayıb. 2010-cu ildən şəhərin su və kanalizasiya məsləsi həllini tapmayıb. Şəhərin mərkəzində asfaltlanma işləri gedir, amma yolun ortasında hələ də qazıntı işləri qalıb.

Oxut kəndi ilə şəhərin mərkəzinin arasında Kiş çayı axır. Körpü tikilməsi məsələsi vacibdir. Eləcə də Şəki şəhərinin dağ kəndlərinin qazlaşdırılmasına ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə