“Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin ən çətin anlarında yaranmışdır. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı və YAP öz fəaliyyətinə başladı”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib.
O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının məqsədi Azərbaycanın inkişafını təmin etmək idi: “Biz dünyanın ən xoşbəxt xalqıyıq ki, müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Artıq Azərbaycan bayrağı respublikanın bütün ərazilərində dalğalanır. Azərbaycan xalqı birləşərək öz ərazi bütövlüyünü təmin etdi. Bütün bunlar Yeni Azərbaycan Partiyasının Azərbaycanın inkişafı, ərazi bütövlüyü, xalqın firəvan yaşaması üçün atdığı addımların nəticəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə