Ermənistanda Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan istefa verdiyini elan edib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. News.am yazır ki, bu istefa İrəvandakı hakim düşərgədə şok effekti yaradıb. "Təkcə Ali Məhkəmə Şurasının sədri vəzifəsindən deyil, həm də Şuranın üzvlüyündən imtina edirəm", - K.Andreasyan erməni mediasına açıqlamasında belə deyib.
Onun sözlərinə görə, məhkəmə sistemindəki bütün hazırkı uğursuzluqlar orta müddətli perspektivdir, çünki bugünkü ədalətli ictimai tələbləri iki il ərzində təmin etmək mümkün olmayıb: "İnanıram ki, sabah güclü Ermənistanda ədalətli məhkəmə olacaq".
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə