"Azərbaycanın paytaxtı uzun illərdir ki, dünya əhəmiyyətli, böyük görüşlərin, müzakirələrin və tədbirlərin paytaxtına çevrilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Azərbaycanın paytaxtı bu cəhətdən hətta Vaşinqtondan, Londondan, Paris və sair şəhərlərdən geridə qalmır: "İndi COP29-un keçirilməsi Azərbaycanın Bakını tədbirlər şəhərinə çevirmək arzusunu daha da reallaşdırır. Bir çox dövlətlər bu cür əhəmiyyətli tədbirləri Bakıda keçirməyə can atırlar. Keçirilən tədbirin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, dövlətimizin adı-sanı yüksəlir. Bu dövlət bütün dünyada özünün yaxşı və yüksək ənənələri ilə tanınmaqdadır. COP29-la bağlı keçirilən görüşlər, yəqin ki, populyarlığa yeni bir detallar gətirəcək. Çünki Bakı gözəlləşib, böyüyüb. Bakı müasir, modern şəhərə çevrilib. Üstəlik də dünyanın ən aktual problemlərindən biri olan dünyadakı iqlim və təmizlik problemləri müzakirə ediləcək. Mənim zənnimcə, belə tədbirlərin həyata keçirilməsi ölkəmiz üçün böyük şərəf gətirir, böyük diqqət gətirir. Gələcəkdə ölkəmizin şöhrətinin daha da artması üçün böyük rol oynayacaq.
Başda Fransa olmaqla, bəzi dairələr Azərbaycanı gözdən salmaq, nüfuzuna xələl gətirmək, hətta daxili auditoriyada sammitlə bağlı qəzəb yaratmaq üçün hər yola əl atırlar. Burada ən çox Fransa detalı diqqət çəkir. Rəsmi Paris bir müddət öncə baş tutan Paris Yay Olimpiya Oyunlarında üzləşdiyi fiaskonu unutdurmaq istəyir. Açıq irqçilik, islamafobiya ilə yadda qalan Paris-2024 bu gün də geniş müzakirə edilir. Belə bir uğursuzluğu ancaq başqa, daha böyük fiasko unutdura bilər. Fransa bu gün canla-başla çalışır ki, COP29 ilə bağlı qara PR kampaniyası aparsın və tədbiri sabotaj etsin. Fikrimcə, hətta tədbirdən sonrasında da biz Fransa və Qərbin bu kimi antiazərbaycan mövqeyi və qara PR kampaniyası ilə üzləşəcəyik. Amma belə ucuz variantlar Bakını yolundan döndərə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə