“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ard-arda baş verən erməni təxribatlarının qarşısını almaq məqsədilə 27 sentyabr 2020-ci ildə başladığı amalla inanılmaz qələbəyə doğru imza atdı”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.
Hakan Aktürk sözlərinə belə davam edib: “Qəhrəman Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar nəticəsində Zəngilan rayonunun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Hadrut qəsəbəsini və Xocavənd rayonunun bir çox kəndini, Tərtər rayonu Suqovuşan kəndini azad edib. Xocalı və Laçın rayonlarının kəndləri və Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəkliklər də daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib. Bu qələbə daha bir gözəl idi, çünki bu, güclü Azərbaycandır və kök salmış erməni soyqırımının qarşısını aldı.
Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi olan Şuşa şəhəri 28 illik həsrətdən sonra noyabrın 8-də işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək nadir hərbi əməliyyatlardan biri idi.
Azərbaycanın hərbi qələbələri, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini qəbul edərək təslim olması ilə nəticələndi.
Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Yaşasın Ali Baş Komandan! Eşq olsun qalib Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə