“Ölkə başçısının kəskin mövqeyi məsələdə böyük rol oynadı” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan-ABŞ münasibətlərinin müsbət məcraya yönəlməsi indiki zamanda tək ABŞ deyil, bizə də lazım idi. Çünki hazırkı zamanda bizə düşmən qazmağa ehtiyac yoxdur. Cənab Prezidentin Blinkenlə telefon danışığından sonra ABŞ Azərbaycanın haqlı iradını qəbul etməklə, bir daha bu və ya digər formada başqaları ilə də hesablaşmaq lazım olduğunu göstərmiş oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, ABŞ hesablaşmamağı da seçə bilərdi: “Amma siyasət bu cür müsbət addımları sevir. ABŞ axır ki, müsbət addım atdı. Amma bütün hallarda təbii ki, cənab Prezidentin kəskin mövqeyi də məsələdə böyük rol oynadı. Görünən odur ki, iki ölkə arasındakı münasibətlərdə yaşanan qarşıdurmadan sonra yumşalma baş verir və inanıram ki, Azərbaycana haqsız hücumlar dayanacaq. İndiki şəraitdə ABŞ-la münasibətlərin yaxşılaşması Azərbaycanın xarici siyasətinin müsbət istiqamətə yönəlməsinə xidmət edir. Bu, eyni zamanda, Azərbaycan Prezidentinin iradəsinin göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə