"Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır" - HƏRBİ EKSPERT DANIŞDI
"Ermənistan tərəfi indiyədək heç vaxt atəşkəsi pozduqlarını etiraz etməyiblər. İlk dəfə deyil ki, Ermənistan Azərbaycanı atəşkəsi pozmaqda günahlandırır. Onların yaydığı bu məlumatı oxuyanlar biraz məntiqli olsalar başa düşərlər ki, Azərbaycan atəşkəsi pozmaqda maraqlı deyil. Bu gün Azərbaycanın yol xəritəsi sülh müqaviləsini bağlamaqdan keçir. Sülh sazişi üçün təbii ki, sabitlik lazımdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ iqtisadi rayonunda atəşkəsi pozmağa cəhd etməz: "Çünki o ərazidə nə qədər ki gərginlik yoxdur, bir o qədər reinteqrasiya məsələləri güclənir. Bu gün Azərbaycan öz təklifini verərək sülh müqaviləsinin bağlanmasında və reinteqrasiya məsələlərində maraqlıdır.
Digər tərəfdən Ermənistan hərbi rəhbərliyi bütün danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq vəziyyəti gərginləşdirir. Ermənistan sülh müqaviləsini imzalamaqdan qaçır".
Ekspert sözlərinə davam edərək bildirib ki, Qarabağ iqtisadi rayonunda vəziyyətin gərginləşməsində həm oradakı separatçılar, həm də rus sülhməramlıları maraqlıdır: "Baxmayaraq ki Rusiya sülhməramlılarının o ərazidə yerləşməsi məhz atəşkəsin pozumaması və reinteqrasiyanı həyata keçirməkdən ötrüdür. Rusiya dövləti açıq-aşkar bildirir ki, sülhməramlılar sülh sazişinin imzalanmasının vaxtını uzatmaq istəyirlər. Bu da yalnız bir halda mümkün ola bilər, əgər vəziyyət gərgin olarsa.
Azərbaycan Respublikasının Prezidenti çox gözəl qiymətləndirdi ki, orada olan erməni əsilli sakinlər separatçıların əsirliyindədir. Buna baxmayaraq biz Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri Azərbaycan vətəndaşı kimi hesab edirik. Bugünkü gündə Azərbaycan hər addımı atır ki, Qarabağda olan qanunsuz erməni silahlıları ərazini tərk etsin və erməni əsilli sakinlər Azərbaycan vətəndaşı kimi sərbəst halda öz həyatını yaşaya bilsinlər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB