"Ermənistan bütün dünyanın diqqətini öz üzərinə çəkmək istəyir" - HƏRBİ EKSPERT DANIŞDI

"Son günlərdə Ermənistan müdafiə nazirliyi Azərbaycan Ordusunun atəşkəsi pozması barədə yanlış məlumat yaymaqla məşğuldur. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə onları təkzib edib. Bu bir daha onu göstərir ki, Ermənistan bütün dünyanın diqqətini özünə çəkmək istəyir. Halbuki ermənilərin özləri sərhədlərimizdə, eyni zamanda Qarabağ ərazisində təxribatlara əl atırlar". Bu sözləri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, onların belə bir yalan məlumat yaymağı təsadüfi deyil: "Türkiyə müdafiə nazirinin Azərbaycana səfəri onlarda qıcıq yaradır. Bundan əlavə həm də onlar qorxu hissi keçirirlər. Belə ki 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparılanda ermənilər tərəfindən daim atəşkəsin pozulmasının şahidi olmuşuq. İndi isə Türkiyənin müdafiə nazirinin Azərbaycana gəlməsi ilə onlar təxribatçı əməllərə əl atırlar".

"Güman edirəm ki, Azərbaycan artıq qəti addımlar atacaq. Bildiyiniz kimi, dövlət başçımız Laçında etdiyi çıxışı zamanı qeyd etdi ki, ermənilərin heç bir havadarı bizi yolumuzdan döndərə bilməz. Biz həm daxili, həm də sərhəd rayonlarımızın inkişafını davam etdirəcəyik. Ordumuz da günü-gündən güclənir və qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Bunlar da erməniləri qıcıqlandıran amillərə daxildir.

Ermənistan atəşkəsi hər zaman özü pozur, daha sonra isə dünyaya car çəkərək Azərbaycanı günahlandırmağa çalışırlar. Həmişə olduğu kimi, onların bu təxribatları da baş tutmayacaq. Azərbaycan öz mövqeyindən dönməyəcək",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə