"Ermənilər başa düşür ki, onların çabaları əbəsdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənilər dərk edirlər ki, onlar Azərbaycan ərazisində törətdikləri cinayətlərə görə cavab verəcəklər. Buna görə də artıq onlar məcburdur ki, tezliklə torpaqları tərk etsinlər. Sülhməramlılar, xüsusilə də, əldəqayırma Rusiya vətəndaşlığı alanları o ərazilərdən çıxarırlar. Çünki rus sülhməramlıları Azərbaycan ərazisində ermənilərə heç bir köməklik göstərə bilmirlər. Ermənilər 44 günlük müharibədə də çox çalışdılar ki, Rusiyanı bu konfliktə daxil etsinlər və ruslar onların əvəzinə döyüşsünlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, 90-cı illərdə Rusiya rəhbərliyinin ermənilərə köməyi nəticəsində bizim torpaqlarımız işğal olundu: "Lakin indi beynəlxalq diplomatiyanın və Azərbaycanın apardığı düzgün siyasətin nəticəsində Rusiya bu müharibəyə qarışa bilmədi. Putin də dəfələrlə bəyan etdi ki, Azərbaycan öz ərazisində müharibə aparır, ona görə də bizim bu məsələyə qarışmağa heç bir hüququmuz yoxdur".

Politoloq sözlərinə davam edərək bildirib ki, müharibədən sonra da Azərbaycan uğurlu siyasəti nəticəsində qələbələr qazanır: "Xüsusilə də, BMT TŞ-da Ermənistanın irəli sürdüyü müddəalar tam iflasa uğradı. Azərbaycan diplomatik qələbə çaldı. Bundan sonra ermənilər başa düşürlər ki, onların çabaları əbəsdir. Ya Qarabağda yaşayan revanşist qüvvələr tezliklə oradan çıxarılmalıdır, ya da Azərbaycanın həyata keçirdiyi antiterror nəticəsində məhv ediləcəklər. Güman edirəm ki, yaxın günlərdə Qarabağdakı qanunsuz erməni silahlı dəstələrin çıxarılması başlayacaq. Əks təqdirdə, Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparmağa məcbur olacaq. Dövlət başçısı İlham Əliyev xəbərdarlıq edib ki, o ərazidə olan silahlı dəstələr Azərbaycan ərazisini tərk etməlidir və eyni zamanda, Qarabağda olan "prezident", "parlament sədri" və s. vəzifələrindən istefa verərək rədd olub getməlidir. Orada yerli əhali azdır. Daha çox silahlı qüvvələr var. Onlar da yaxın zamanda oranı tərk etməyə məcbur olacaqlar. Cinayət törədən erməni faşistləri cəzalarını alacaqlar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə