Ermənistan sülh sazişinin imzalanmasından qaçır - POLİTOLQ ŞƏRH ETDİ

"Münxendə çox vacib müzakirələr baş verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu müzakirələrin bizim üçün vacib olmasının səbəbi odur ki, dövlət başçısı İlham Əliyev öz istəklərini və narahat olduğu məqamları beynəlxalq ictimaiyyətə çatdırdı. Avropa İttifaqının və Qərb ölkələrinin nümayəndələri bu fikirləri dinlədi. Digər tərəfdən İlham Əliyev də onların təkliflərini və istəklərini eşitdi. Biz açıq şəkildə istəklərimizi dünya ictimaiyyətinə bəyan etmişik. Əsas məsələ sülh müqaviləsinin imzalanması ilə bağlı idi".

Politoloq İlqar Vəlizadə sözlərinə əlavə edərək qeyd edib ki, erməni tərəfi sülh müqaviləsinin imzalanmasından qaçır: "Bu da müəyyən təhlükələr yaradır. Beynəlxalq ictimaiyyət Ermənistana təzyiqlər etməlidir ki, sülh müqaviləsi bağlansın. Əks halda, regionda sülh olmayacaq. Bunun nəticəsi növbəti münaqişəyə səbəb ola bilər. Tbilisi formatına Azərbaycan və Gürcüstan tərəfi dəstəkləyir. Yeri gəlmişkən, Qərb ölkələri də bu formata müsbət yanaşır. Bu formata qoşulan Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləməlidi. Azərbaycanın daxili işlərinə qarışmamaqla bağlı öhdəliklər götürülməlidir. Bunu da Ermənistan etmək istəmir. Onların təklifləri destruktiv təkliflərdir. Azərbaycanın daxili işlərinə qarışmağa yönələn təkliflərdir. Ona görə də belə siyasətlə Tbilisi formatının yaradılması çətindir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə