Çinin xarici işlər naziri Çin Qanq ölkəsinin Ukrayna böhranında son bir ildə artan qarşıdurma və gərginlikdən narahat olduğunu ifadə edib. SİA xəbər verir ki, Çinin xarici işlər naziri bildirib ki, bəzi ölkələr münaqişəni alovlandırmağı dayandırmalıdır.

Pekində keçirilən Lanting Forumunda çıxış edən nazir Çinin problemin həlli üçün dialoq və danışıqları təşviq etmək və bütün tərəflərin narahatlıqlarına cavab verəcək ümumi təhlükəsizlik anlaşmasını inkişaf etdirmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacağını bildirib.

Ukrayna probleminin Avropaya qalıcı sülh gətirəcək siyasi həll yoluna ehtiyac olduğunu vurğulayan nazir Çin, ABŞ-ı nəzərdə tutaraq, “Bəzi ölkələri atəşə yanacaq tökməyi dayandırmağa çağırırıq” dedi.

Nazir dünyada nizamsızlıq və qarşıdurma riskinin artdığına işarə edərək, "Sülhsevər ölkələr mövcud düşmənçilikləri bir an əvvəl bitirmək üçün səy göstərməlidirlər" qiymətləndirdi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə