"Ermənistan 2023-cü ilin sülhlə bağlı itirilmiş il olmamasına çalışmalıdır" - DEPUTAT ŞƏRH ETDİ
"Prezident İlham Əliyevin yerli telekanallara müsahibə zamanı verdiyi əsas mesajlardan biri də budur ki, biz Ermənistanla məsələmizi həll etmişik". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, “Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə, həm də ki, özündə əminlik olmalıdır” deyən dövlət başçısı bununla real vəziyyəti qiymətləndirib: "Aydın oldu ki, Ermənistan yaranmış fürsəti 2023-cü ildə boşa verməməlidir. Belə ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. Bu,əslində bir xəbərdarlıqdır. Dövlət başçımızın da söylədiyi kimi, İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Ötən il Ermənistanın törətdiyi təxribatların bu ölkə üçün məlum ağır nəticələri də əslində dərs oldu. Ali baş komandanın da söylədiyi kimi, son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir".
Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan və onun radikal havadarları da Azərbaycanın hərbi gücünün getdikcə artdığını dərk edir: "Üstəlik, 44 gün ərzində bir gün belə geri addım atmamağımız, orduda bir nəfər də fərarinin olmaması əslində çox gözəl nümunədir və bu, heç vaxt unudulmayacaq. Azərbaycana qarşı hər hansı planı olan qüvvələr mütləq bu faktı yada salmağa məcburdurlar və hər zaman da məcbur olacaqlar.
Dövlət başçımızın mövcud hərbi potensialı bir daha xatırlatması da təsadüfi deyil. Ermənistan dərk etməlidir ki, Azərbaycan kimi güclə hesablaşmamaq faktiki özünəqəsd olacaq. Komando qüvvələrimizin tam formalaşması, Xüsusi Təyinatlı Qüvvələrimizin sayını ən azı iki dəfə artırılması və bu prosesin davam etməsi real göstriciləridir. Eyni zamanda Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Dünya silah bazarında Rusiyanın çıxması ilə yaranmış boşluq Azərbaycan istehsalının ixrac imkanalrını artırıb.Yəni, Azərbaycan həm də silah ixracatçısı kimi mövqelərini möhkəmləndirir.
Ermənistanın silahlanmasına gəlincə, Azərbaycan Prezidenti bir daha bəyan etdi - Ermənistan silaha əbəs yerə vəsait xərcləyir: “Çünki birincisi, bu onlara kömək etməyəcək, ikincisi revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər”.
Yəni, Ermənistan artıq təxribatların heç bir nəticə verməyəcəyini, silahlanmanın əbəs olduğunu dərk etməyə məcburdur. Bu ölkə 2023-cü ilin sülhlə bağlı itirilmiş il olmaması üçün çalışmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB