İnflyasiyaya təsir edən amillər hansılardır? -İQTİSADÇI EKSPERT AÇIQLADI

"Post pandemiya dönəmindən sonra satınalma zəncirinin ciddi şəkildə zərər görməsi nəticəsində bir sıra məhsulların qiymətində artım baş verdi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bundan sonra 2022-ci ilin əvvəllərində baş verən Ukrayna və Rusiya arasındakı müharibəsində də bir sıra məhsulların qiymətində artım müşahidə edildi: "Bundan başqa yerli faktor da təsir edir. Azərbaycanda bəzi məhsullarda 105 faiz inflyasiya qeydə alınmağa başladı. İnflyasiyanın olması əhalimizin büdcəsinə və gəlirlərində ciddi şəkildə müşahidə edilməyə başladı. Əmək qabiliyyətli əhalinin 50-55 faizi dövlət və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışırlar. Stabil olaraq qalan maaşlar xərclərə ciddi şəkildə təsir etməyə başladı. İnflyasiya Azərbaycan vətəndaşının cüzdanında konkret olaraq öz təsirini göstərdi. Dövlət büdcəsi tənzimlənərkən bu faktorlar nəzərə alınır və əməkhaqlarında artımlar həyata keçirilir. Minimal pensiyanın 280 manata və aylıq əməkhaqqının 345 manata qaldırılması ölkədə baş verən inflyasiyanın təsirinin azaldılması ilə əlaqədardır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə