G7-nin sədrliyi Almaniyadan Yaponiyaya keçir

Avropa Birliyinin də təmsil olunduğu və 7 üzv ölkənin dünya sərvətinin təxminən yarısını və dünya əhalisinin 10 faizini təşkil etdiyi G7-nin sədrliyi 2023-cü ilin əvvəli ilə Almaniyadan Yaponiyaya keçdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kişida G7-yə sədrliyi ilə əlaqədar bu gün bir video mesaj paylaşaraq çıxışında bildirib ki, 2023-cü ildə G7 Sammiti 19-21 may tarixlərində doğma şəhəri Xirosimada keçiriləcək.

ABŞ administrasiyası dünən elan etdi ki, prezident Co Bayden cümə günü, yanvarın 13-də Ağ Evdə Yaponiyanın baş naziri Fumio Kişidanı qəbul edəcək. Bəyanatda prezident Baydenin Kişidanın G7 prezidentliyinin idarəçiliyini tam dəstəklədiyi bildirilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə