"Ermənistanın təxribatçı əməlləri artıq hər kəsə məlumdur" - HƏRBİ EKSPERT AYDINLIQ GƏTİRDİ

"Ermənistanın təxribatçı əməllər törətməsi artıq hər kəsə məlum məsələdir. Ermənistan bu təxribatçı əməlləri etməklə sülh danışıqları, həmçinin ölkə liderlərinin görüşü və o cümlədən MDB dövlət başçılarının görüşləri ərəfəsində təxribat törətməklə vaxt qazanmağa çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, bu görüşlər təbii ki, rəsmi görüşlər deyil. Lakin Ermənistan bu təxribatlarla bir daha dünya ictimaiyyətini çaşdırmağa cəhd göstərir. Onlar özlərini dünyaya yazıq, hüquqlarının pozulduğu və problemlərlə üzləşən tərəf kimi yalan məlumatlar ötürülər. Onlar elə bilirlər ki, belə etməklə beynəlxalq təşkilatları çaşdıra biləcəklər. Amma bütün dünya bilir ki, Azərbaycanın heç bir ölkəyə ərazi iddiası yoxdur. Azərbaycan öz torpaqlarının müdafisəindədir. Öz milli maraqlarını hər zaman qorumuş və qoruyacaqdır. Azərbaycan ordusu erməni təxribatçılarına qarşı hər zaman layiqli cavab vermiş və verəcəkdir. Ümid edirəm ki, qarşıdan gələn 2023-cü ildə Ermənistanda ağıllanar və sülh danışıqlarına oturaraq bu təxribatçı əməllərə son verər".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə