"Sərhədlərdə baş verən pozuntular Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Kəlbəcərdə ermənilərin atəşkəsi intensiv şəkildə yenidən pozmağa başlaması gözlənilən idi. Bu, hazırda Azərbaycan-Ermənistan münasibətləri müstəvisində gedən proseslərin məntiqi nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bir halda ki, Ermənistan sülh müqaviləsi imzalamaq istəmir, sülh müqaviləsinin hazırlanması üçün planlaşdırılmış görüşləri pozur, eləcə də digər sənədlərin icrasında açıq təxribatlarla məşğul olur və bugünkü gündə Laçın yolunda yeni gərginliklərə səbəb olursa, belə şəraitdə sərhədlərdə sabitliyin tam şəkildə qorunub saxlanması mümkünsüzdür: "Sərhədlərdə atəşkəsin pozulması, xüsusilə də Kəlbəcərdə Ermənistanın məqsədyönlü və planlı siyasətinin nəticəsidir. Çünki Ermənistan münasibətlərin normallaşdırılmasını istəmir və müharibədən sonrakı problemlərin həllində maraqlı deyil. Ermənilərin məqsədi daima gərginliyin saxlanması və Azərbaycan-Ermənistan münasibətlərinin yenidən beynəlxalq müstəvidə müzakirə predmetinə çevrilməsidir. İki ölkənin arasında bugünədək sülh sazişinin imzalanmaması sərhədlərdə bu cür hadisələrin daim təkrarlanacağını deməyə əsas verir. Sərhədlərdə baş verən pozuntular Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə