"Onlar ağır şəkildə cəzalandırılmalıdır" -HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Bu, Ermənistanın nə birinci, nə də sonuncu atəşkəsi pozmasıdır. Nə qədər ki, Ermənistan cəzasını almayacaq, bu şəkildə də təxribatlarına davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Ermənistan bu təxribatları sifariş əsasında yerinə yetirir. Onlara lazımdı ki, çox ciddi ixtişaşlar baş versin. Sülh müqaviləsinin imzalanması arxa plana keçsin. Buna görə də Ermənistan əlindən gələni hələ ki, edib. Amma biz ona o imkanları verməməliyik. Onlar ağır şəkildə cəzalandırılmalıdır. Ermənistan 2020-ci ilin noyabrında düşdüyü vəziyyətdən sonra görünən odur ki, havadarları ona çox böyük vədlər verirlər. Onların davranışı bunu deməyə əsas verir ki, o isti vədlərin fonunda onlar Azərbaycanın öz ərazisində himayədarlarının vasitəsi ilə hoqqabazlıqla məşğuldurlar. Buna görə də ermənilər özlərini çox rahat şəkildə və bunun nəticəsi olaraq da dünən saat 6 radələrindən başlayaraq gecə saat 11-ə qədər atəşkəsi pozmaqla məşğul olub. Ümumiyyətlə, bu təxribatların qarşısı ən qısa şəkildə alınmalıdır və Ermənistana layiqli cavab verilməlidir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə