Rusiya təyyarələri yapon dənizi üzərində uçdu

Rusiya Müdafiə Nazirliyi iki “Tu-95MC” tipli strateji bombardmançı təyyarənin yapon dənizinin neytral suları üzərində uçduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2 ədəd “Tu-95MC” tipli strateji bombardmançı təyyarənin yapon dənizinin neytral suları üzərində uçuşunun 7 saatdan çox davam etdiyi bildirilib. Bu təyyarələri havada Rusiyaya məxsus “Su-30CM” və “Su-35C” tipli döyüş təyyarələri müşayiət edib, onun üzərində daim uçduğu bildirilir.

Açıqlamada bütün uçuşların hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun həyata keçirildiyi bildirilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə