"Artıq bu gün 3-cü gündür ki, Şuşa-Xankəndi yolunda bizim ekoloji aktivistlərimiz, qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının rəhbəri, general Volkovla görüşmək istəyirlər. Bildiyimiz kimi bu ayın 3-də və 7-də bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ekoloji terrora son qoyulması üçün 30 ilə yaxındır ki, istismar olunan mədənlərimizin oğrularını üzə çıxarmaq üçün əraziyə getmək istəyirdilər. Lakin general Volkov ermənilərlə sazişə gedərək erməniləri həmin yola çağıraraq yolu bağladılar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, artıq biz 3 gündür ki, Şuşa-Xankəndi yolunda mitinqlər edirik. Volkovu öz vəzifəsinin səlahiyyətlərini yerinə yetirməsinə çağırırıq. Amma görürük ki, İrəvanda erməni revanşistləri mitinqlər keçirirlər. Onların tələbi təcili yolların açılmasıdır. Buna görə də onlar böyük hay-küy salmağa çalışırlar, hətta Fransa senatında da ermənilər çıxış edərək bildirir ki, Azərbaycan böyük humanitar katastroft yaradıb. Xankəndində insanlar acından ölür, ərzaq çatışmamazlığı yaranıb, xəstələrini İrəvana çatdıra bilmirlər, buna görə də yolların açılmasını istəyirlər. Bunun müqabilində biz bildirmişik ki, Xankəndində olan Azərbaycan vətəndaşı olan erməniləri lazım gələrsə Bakıya gətirərək müalicə etdirərik. Onu da deyə bilərəm ki, ermənilərin dediyinin tam əksi olaraq heç bir humanitar katastroft yoxdur. Əksinə Azərbaycanın ekologiyasına uzun illərdir vurulan ziyana həmin rus sülhməramlıları göz yumurlar. Çox maraqlı məqam odur ki, Ermənistanın öz politoloqları da Qarabağdakı erməni bandit dəstəsinin 30 il ərzində Azərbaycanın qızıl mədənlərini istismar edərək, oradan qazandıqları milyonları özləri üçün xarici banklarda saxladıqlarını bildirir. Həmin əldə olunan gəlirdən isə Qarabağda olan ermənilərə heç bir iş görülmədiyini açıq-aydın bildirirlər. Yəni bu gün Moskovada milyarder olan erməni əsilli Vardaryan öz kapitalını qorumaq və sanskiyalardan yayınmaq üçün rus vətəndaşlığından çıxıb və gəlib Qarabağda oturur. Burada da həmin istismar olunan qızıl mədənlərində çıxarılan filizləri Ermənistana daşıyır və oradan da pul qazanır. Bunun məqsədi orada olan xalqı yox əksinə daha çox pul qazanmaq üçün orada olan ermənilərdən istifadə etməkdir. Ona görə də İrəvandakı mitinqlərdə yolun açılmasını və həmişəki kimi erməni həyasızlıqını tanıtmaq istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB