"Aksiyalar yeni müharibənin başlanğıcıdır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
"Bu, qarşıdurmaya aparan yolda növbəti gərginlik mənbəyidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, son bir il ərzində baş verən hadisələr Azərbaycan-Ermənistan sərhədində, həm də Qarabağ dağlıq hissəsində, yəni Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində Azərbaycana qarşı olunan təxribatlar, ordumuzun mövqeylerinin atəşə tutulması, bunlar artıq yolverilməzdir. Zəngəzur dəhlizinin açılması kimi məsələlərdə də ortaq məxrəcə gəlmək mümkün olmayıb. Azərbaycan nümayəndələrinin Xankəndi və Xocalı istiqamətindəki mədənlərdə, təbii sərvətlərimizin çıxarıldığı ərazilərdə monitorinqin qarşısının alınması məsələləri bu aksiyayalara səbəb olub. Bu aksiyalar əslində vəziyyəti nə qədər gərgin olmasının bariz nümunəsidir. Azərbaycan ictimaiyyət nümayəndələrinin Şuşa-Xankəndi istiqamətində keçirdiyi aksiyalar çox düzgün bir addımdır. Xankəndində olan erməni speratçılarının aksiyaları isə artıq onu göstərir ki, hər iki tərəf çox kritik bir mərhələyə qədəm qoyur. Əgər belə davam edərsə hesab edirəm ki, Azərbaycan öz qanunlarının Qarabağda bərqərar olması üçün anti-terror əməliyyatını həyata keçirmək məcburiyyətində qalacaq. Çünki ermənilərin silahlanması, texnikaların daşınması bütün bunlar artıq onu deməyə əsas verir ki, 2020-ci ilin 10 noyabr bəyanatının maddələrinə əməl etmək niyyətində deyillər, münaqişənin sülh yolu ilə həll olunması kimi Azərbaycanın güzəştli şərtlərinə qəbul etmək niyyətində deyillər. Belə olan təqdirdə artıq vəziyyətin gərginləşdiyi göz önündədir. Düşünürəm ki, artıq nəinki Ermənistan, bölgəyə maraqı olan qüvvələr də münaqişənin bir daha alovlanmasını, hərbi əməliyyatlar səviyyəsinə keçməsi üçün təxribatedici addımlar atırlar. Buna misal olaraq Fransa senatının Azərbaycana qarşı qətnamənin qəbul olunması, İranın Azərbaycana olan münəsibəti bunun bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB