"Böyük güclər Rusiyanı sıxışdırıb, məhv etməyə çalışır" BEYNƏLXALQ EKSPERT ŞƏRH ETDİ

"Rusiya prezidenti Vladimir Putin bir daha nüvə silahından istifadə olunması ilə bağlı təhlükənin artığını bəyan etmişdir. Mən hesab edirəm ki, kifayət qədər ciddi təhdid və bəşəriyyətin mövcüdlüğüna təhlükə yaradacaq bir amildir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, global təhlükəsizlik bu gün dünya üçün ən böyük problemlərdən biridir. Çox təəssüflər olsun ki, bəşəriyyətin global təhlükəsizliyinə ən böyük təhdidi də bu gün dünayada təhlükəsizliyə təminat rolunda çıxış etmək məsuliyyətini daşıyan global güclər daha çox yaradır. Bu mənada mən hesab edirəm ki, Vladimir Putinin bu açıqlaması Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın sıxışdırılaraq dalana dirənməsi və mən məhv oluramsa bəşəriyyat məhv olunsun mövqeyindən bir açıqlamadır. Rusiya bununla tarana getməyə razı olduğunu bəyan etmiş olur. Bu müəyyən mənada şantaj xarakteri daşısa da, özündə təbii ki, reallaşma təhlükəsinidə qoruyub saxlayır. Qeyd etdiyim kimi Rusiya artıq tarana getdiyini başa düşür və geriyə addımın mümkün olmadığını anlayır. Ukrayna ilə müharibədə minimal uğurlar əldə etməyəcəksə bu stiuasiyanın Rusiyada ciddi dəyişikliklərə, xüsusi ilədə Vladimir Putin hakimiyyətinin sonunu gətirəcəyini çox yaxşı dərk edilir. Buna görə də böyük güclər Rusiyanı sıxışdırıb, məhv etməyə çalışan, global güc statusunu əlindən almağa çalışan güclər bunları bir daha dərindən götür qoy etməli və bəşəriyyətin gələcəyini təhdid edən belə faktorların qarşsıını öncədən almağa çalımalıdırlar. Rusiya tərəfi 24 fevral tarixində atdığı səhv addımı təkrarlamayacaq və taktiki nüvə başlıqlarından istifadə etməyəcəkdir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə