"Ermənistan bu kimi təxribatları hər zaman edib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan bu kimi təxribatları hər zaman edib. Nə zaman ki, Azərbaycanla Ermənistan arasında münasibətlər düzəlmək istəyir, mütləq təxribatlar törədilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bu təxribatlar tək Ermənistanla bağlı da deyil: "Son 30 il ərzində sülh müqaviləsinə yaxınlaşmaq istəyəndə yenə təxribatlar başlayırdı. Bu təxribatların arxasında Ermənistanın yox, böyük dövlətlərin marağı olmuşdur. Belə desək Nikol Paşinyanın ağlı bu təxribatları edəcək gücdə deyil. Əsas burada qızışdırıcı mövqeydə Rusiya və İran durur. Əvvəllər Rusiya açıq şəkildə bunları etməsinə baxmayaraq, İran bunları üstüörtülü şəkildə edirdi. Artıq görürük ki, İran da bu mövqeydə açıq aşkar özünü göstərir. Onların əsas məqsədi budur ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar olmasın, sülh müqaviləsi bağlanmasın. Rusiya istəmir ki, sülh müqaviləsi bağlansın və müqavilə bağlanarsa Rusiya sülh məramlılarının orada qalması da artıq mümkün olmayacaq və bununla da Rusiya o bölgədə olan gücünü itirəcək. İran da bu sülhün olmasını istəmir ki, Zəngəzur dəhlizi açılmasın. Bu dəhliz açılmasını İran faciə kimi görür. Çünki Azərbaycan artıq İran üzərindən deyil, Naxçıvanla Ermənistan üzərindən əlaqə yaradacaq. Burada da, necə deyərlər, İran artıq özü-özünü bloka alacaq. Ona görə, İran ermənilərə daha çox yaxınlıq eləməyə çalışır. Bu müddət ərzində İran artıq bizim işğaldan azad olunan torpaqlarımızdan sonra əlaqələri kəsilib. Bundan sonra məhz bu əlaqələri Ermənistan üzərindən həyata keçirməyə çalışır. Burada Rusiyanın sərhəd qoşunları İrana maneəçilik törətsə belə İran bu addımını geri atmır. Görünən odur ki, nə qədər ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmayacaq bu təxribatlarda davam edəcək. Bu təxribatlar ona görə ki, yox sülh müqaviləsi istəmirlər, onların əsas məqsədi bundan ibarətdir ki, Azərbaycan yenidən Ermənistana qısa müddətli müharibə etsin və həmin müharibədə Rusiya və İran öz maraqları üçün yararlansınlar. İranın maraqı odur ki, Azərbaycanla Rusiya sülhməramlıları üz-üzə gəlsin. Rusiya bundan istifadə edərək Azərbaycana hər hansısa bir işğalçılıq siyasəti həyata keçirtsin. Amma bu baş verməyəcək".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə