"İranın iç üzü hər kəsə tanındı" -SİAYSİ EKSPERT ŞƏRH ETDİ

"İran bilirik ki, 30 il işğal dövründə gerçəkdə Ermənistana dəstək verib". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bunu maksimum şəkildə gizlətməyə çalışırdılar, ört basdır edirdilər. Lakin Azərbaycan tərəfi bir çox siyasi faktları açıb ortaya qoyaraq İranın iç üzünü hər kəsə tanıtdı. Amma 44 günlük müharibədən sonra şərtlər dəyişdi. Hansı ki, İranın gerçək üzü ortaya çıxdı, Ermənistana dəstəyi ortaya çıxdı. İran Ermənistanı özünə qırmızı xətt kimi görürdü. Hətta İran ermənilərə terror dəstəyi belə verməyi davam etdirir. Hətta Gorus yolunun bağlansa belə həmin dəstək davam etdirilir. İranın əsas narahatçılığı çox açıq şəkildə görünür ki, Azərbaycan işğaldfan azad olunan torpaqlarından sonra Cənubi Azərbaycan məsələsi avtomatik ortaya gəlir. Orada yaşayan soydaşlarımız üçün bir ümid yaranır və buda İranı çox pis narahat edir. Bununda nəticəsində İran Azərbaycana qarşı ikili siyasət yürüdür və təxribatlarını davam edirlər. İran həm də müxtəlif bəhanələrdən istifadə edərək Azərbaycana qarşı həm təzyiq etməyə çalışır, həm də açıq iddialar irəli sürür. Burada bilirisniz ki, həmdə İranın iqtisadi maraqları var idi. Lakin torpaqlarımızı azad etdikdən sonra da onların bu maraqları darmadağın olundu və burdanda düzün desək məğlub ayrıldılar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə