"Ermənistan bir dövlət deyil" -HƏRBİ ANALİTİK EKSPERT ŞƏRH ETDİ

"Törədilən təxribatlar əslində Rusiyanın Azərbaycana qarşı növbəti atdığı ikili yanaşmalar və iki üzlü siyasətinin nəticəsidir. Bu sözləri SİA-ya açıqlmasında hərbi analitik ekspert Alp Arslan İmamqulu deyib.

Onun sözlərinə görə, Ermənistan bir dövlət deyil. Olada bilməyəcək. Ermənistan daima digər dövlətləri diqtə etdiyi şəkldə davranmaqdadır. Nəzərə alsaq ki, Ermənistan sərhədlərinin qorunmasını Rusiya təşkil edir. Təbii ki, bu gün bölgədə gedən sülh danışıqları və uzun vadəli olmaqla orta dəhlizin bərpa edilməsi və dünya iqtisadiyyatına rifah verəcək şəkildə bir sıra inteqrasiyaların fəaliyyətinin həyata keçirilməsinə Rusiya birmənalı olaraq əngəl olmaq istəyir. Rusiyanın isə burada bir nömrəli əlindəki kartı isə Ermənistan yəni saxta Ermənistan dövlətidir. Onsuzda bölgədə Azərbaycan dövləti torpqalarında 9 min kv/km başlayan və sovet dönəmində 29 min kv/km-ə qədər ərazinin genişlənməsinə Sovet Rusiyasının faydası var. Bu gündə Rusiya dövləti eyni ənənəni davam etdirmək istəyir. 30 il ərzində torpaqlarımızın işğal altında tutulmasında ATƏT-in Mins qrupunun həm sədrlərindən olan Rusiya guya ki, sülhü dəstəkləmək prossesində iştirak edirdi. Onların gerçək üzüdə torpaqlarımızı işğaldan azad etdikdən sonra gördük. Çünki onlar ərazilərimizdə fəaliyyət göstərən sülhməramlı qüvvələr heç də öz öhdəliklərinə uyğun davranmır, tam əksinə bölgədə terrorist qüvvələrin silahlandırılması, böyüdülməsi və onların təxribatlar törətməsinə şərait yaradırlar. Və növbəti səfər bizim şərti sərhədlərimizdə, hətta ərazi daxilində bir sıra təxribatlar törədilir ki, bunlar hər biri birmənalı olaraq Rusiya Federasiyası ilə bağlıdır. Bundan da əlavə demək olar ki, şərti Ermənistan dövləti və onun tərkib hissəsi olan silahlı birləşmələridə Rusiyanın diqtəsi əsasında vaxt aşırı olaraq bu cür atəşkəs hallarını pozmaqdadırlar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə