Yaponiya Şimali Koreyanı raket fəaliyyətlərini dayandırmağa çağırıb

Yaponiya və Monqolustan liderləri raket sınaqları və nüvə proqramı ilə təhlükə yaradan Şimali Koreyanı bu fəaliyyətlərini dayandırmağa çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tokioda səfərdə olan Monqolustan prezidenti Uxnaa Khurelsux Yaponiyanın Baş naziri Kişida Fumio ilə görüşündə ikitərəfli və regional əlaqələri müzakirə edib. Kişida və Xurelsux görüşdən sonra yaydıqları birgə bəyanatda Şimali Koreya rəhbərliyini raket sınaqlarını və nüvə proqramını dayandırmağa çağırıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə