"Azərbaycan Ermənistanı buna məcbur etdi" -HƏRBİ EKSPERT ŞƏRH BİLDİRDİ

"Erməni təxribatları bir neçə dəfə olub və qarşılıqı olaraqda çox sərt cəzalarını alıb". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emil Həsənli deyib.

Onun sözlərinə görə, bu hadisələrdən biri 2016çı ildə aprel hadisələridir. Ondan öncə arxa-arxaya Ermənistan demək olar ki, hər gün atəşkəsi pozurdular. Digər bir hadisə isə bilirsiniz ki, 2020ci ilin yayında Tovuz hadisələri olmuşdur. Ermənistan sərhəddə böyük təxribatlar törətdi, ardınca isə bunun da cavabını aldılar. Daha sonra isə Azərbaycan ordusu tərəfindən payızda böyük bir əməliyyat başladı və 44 günlük davam edən bu əməliyyat nəticəsində düşməndə olan torpaqlarımız işğaldan azad edildi. Ondan sonra da ermənilər təxribatlarını davam etdirdilər, bir neçə dəfə təxribata əl atmaq istəyiblər, və bu təxribatlardan da biri bu il olan sentyabr hadisələridir. Yenədə qarşı tərəf Ordumuz tərəfindən sərt cəzalandırıldı. Bu zamanda belə bir fikir var idi ki, 2020-ci ildə imzalanan 10 noyabr bəyanatından sonra kı sülh məramlılar öz üzərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməmişlər və speratçıları oradan çıxartmayıblar. Ona görə də Azərbaycan dövləti anti-terror əməliyyatları keçirməlidir.Və bu məsələ daha da hakim bir mövqeyə gəlib çıxır ki, bu əməliyyatlar qaçınılmazdır. Burada Rusiya sülh məramlılarının öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, Azərbaycan dövləti bunu özü yerinə yetirəcək. Necə ki, BMT qətnamələrini Azərbaycan özü yerinə yetirdi və Ermənistanıda buna məcbur etdi. Və bu sülhə məcbur etmənində başqa yolu yoxdur. Bu Qarabağ məsələsinin həlli üçün ən optimal yoldur".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə