"Ermənistan Rusiyanın bəzi dairələrindən dəstək almaqa çalışır" -HƏRBİ EKSPERT RƏY BİLDİRDİ

"Azərbaycanla Ermənistan arasında dövlət sərhəddi bölgəsində Qarabağda erməni silahlı dəstələri ilə Azərbaycan ordusu arasındakı təmas xətti boyunca Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə erməni silahlı dəstələrinin təxribatlarına tez-tez rast gəlirik". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bununda nəticəsində atəşkəs pozulur və mövqeylərimiz atəşə tutulur. Lakin Azərbaycan ordusu bu təxribatların qarşısını artıqlaması ilə qarşı tərəfə cavabını verərək susdurur. Məsələyə siyasi və hərbi istiqamətdə baxmaq lazımdır. Ermənistan Rusiyanın bəzi dairələrindən dəstək almaqa çalışır. qərbdən isə bir mənalı olaraq hər zaman dəstək alır və o ölkələrdən biri və birincisi Fransadır. Fransa açıq şəkildə hər zaman Ermənistanı dəstəklədiyini bildirib və onların yanında olduğunu dəfələrlə dilə gətirmişdir. Hətta bildiyimiz kimi Fransa senatı Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bunu bir daha sübut etmişdir. Bununlada Qarabağdakı erməni speratizmini alovlandırır. Eyni prosses bu gündə davam etdirilir. Ermənistana Fransa tərəfindən siyasi dəstək hər zaman verilir. Bildiyimiz kimi artıq cənub qonşumuz olan İranda ermənistana çox güclü siyasi və hərbi dəstək verir. Qərb və Rusiyanın Qarabağda olan sülhməramlılarının fəaliyyətsizliyi prossesi daha da uzadır. Azərbaycan isə təbii ki, bu məsələdə hələki gözləmə mövqeyindədir. Son 3 ay ərzində Azərbaycan ordusu bir sıra tədbirlər həyata keçirtdi, Qarabağ bölgəsində hərbi əməliyyatlar keçirtdi. Bununda nəticəsində ordumuz lazım olan stratejik nöqtələri nəzarəti altına keçirtdi. Hesab edirəm ki, Ermənistanın atdığı addımlar, Qarabağdakı vəziyyət prossesi daha da gərginləşdirir. Bütün bunlar ermənilərin hansısa müharibəyə və ya hansısa hərbi əməliyyatın istəməsinin bariz nümunəsidir. Qarabağdakı ermənilərin şəxsi heyyətin konfiliktləşməsidir, yeni hərbi texnikaya malik olması deməkdir, əks təqdirdə Ermənistan hec bir vaxt belə bir tədbirə əl atmazlar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə