Gah "bacıları" adlandırdıqları Fransa ilə gah da Rusiya və İranla iş birliyi etməyə çalışırlar -HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Aydındır ki, Azərbaycan heç bir zaman atəşkəsi bilə-bilə pozmaz. Lakin biz görürük ki, Ermənistan hər zaman təxribatçı əməllərindən geri qalmır və bir necə dəfə cəbhə xəttində atəşkəsi pozmağa çalışıb". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emil Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistanın bu təxribatçı əməllərinə Azərbaycan bir neçə dəfə cavabını verib. Azərbaycanın isə ən böyük cavabı 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğalda azad edərək onlara cavabını verdi. Daha sonra isə Ermənistan bu ilin setyabr ayında yenə təxribatçı əməllərinə davam edərək cəbhədə atəşkəsi pozdu. Amma yenədə Azərbaycan ordusu bu səfər "Qisas" əməliyyatı ilə bu təxribatında qarşısını aldı. Ermənistan atəşkəsi pozaraq öz öhdəliyini götürdüyü bir çox məsələlərdən boyun qaçırır və sanki sülh müqaviləsini imzalanmaması üçün vaxt qazanır. Amma yenə də qeyd etmək istəyirəm ki, Azərbaycan heç bir zaman atəşkəsi pozmuyub, lakin bunun tam əksi olaraq Ermənistan atəşkəsi dəfələrlə pozmuşdur. Bəs Ermənistan atəşkəsi niyə pozur?"

Hərbi ekspert fikirlərinə davam edərək bildirib ki, Ermənistanın həm daxilə, həm də xaricə mesaj verir ki, sülh danışıqlarına hazır deyil, sülh danışıqları olmayacaq, auditoriyanın fikirini yayındırmaq istəyir. "Bilirsiniz ki, Qarabağdakı qondarma rejimlə Ermənistan arasında çox ciddi gərginliklər var. Ermənistanın daxilində də çox ciddi böhran baş verir. Ordu rəhbərliyini tez-tez dəyişirlər, həbslərin ardıarası kəsilmir. Azərbaycanda isə tam bunun əksini deyə bilərik ki, xalq dövlətinin və ordusunun daim yanındadır, onlara sona qədər inanır və güvənirlər. Xalqımızda həm cənab Prezidentimizin ətrafında, həm ordumuzun ətrafında milli birlik olublar və hər zaman onlara dəstək olublar. Torpaqlarımızda işğaldan azad olduğda sonra ölkəmiz Azərbaycanın milli-maraqlarına uyğun addımlar atmağa davam etmişdir. Ermənistanda isə bilinmir ki hakimiyyət nə edir, xalq onlara hec güvənmir və inanmırlar. Gah "bacıları" adlandırdıqları Fransa ilə gah da Rusiya və İranla iş birliyi etməyə çalışırlar. Bilirik ki, Ermənistan heç bir zaman müstəqil siyasət yeridə bilmir və bilməyəcəklərdə çünki onlar hər dəfəsində kimlərdənsə asılı vəziyyətdə olurlar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə