"Molla rejimi yenidən şah rejiminədə çevrilə bilər" - SİYASİ EKSPERT AÇIQLADI

"İranda hazırkı situasiya əsasən xalqın nə istəməsindən asılıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İranda bir çox millətlərin nümayəndələri yaşayır. Bura kürdləri, ərəbləri də daxil etmək olar. Tarixən biz görmüşük ki, həmin azlıqlar az da olsa azadlıq istəyiblər. Mənim fikrimcə, İranda insanların əsas istəyi sosial-siyasi azadlıqdır və bunun üçün mübarizə aparırlar. Xalqında əsas hədəflərindən biri indiki rejimin dəyişdirilməsidir. Yaxın keçmişdə bu, bir az qəliz məsələ idi. Amma indi hec də qəliz deyil, İranda artıq hazırki vəziyyətdə insanlarda yeni mübarizə istəyi var. Sadəcə, burada bəzi problemlər var. Əsas məsələlərdən biri də İranda baş verən etirazlarda liderin olmamasıdır. Etirazlarda bir lider olsaydı o zaman rejim dəyişdikdən sonra konkret hansısa bir şəxs konsepsiyalar, gələcək planlar üzərində işlər aparardı. Biz görürük ki, lider olmadığından hər hansısa konsepsiya da yoxdur. İnsanlar illərdir hakimiyyətə qarşı yığılan hirslərini, nifrətini meydanlara yansıdırlar. Bunu da demək olar ki, rejim yenidən şah rejiminədə çevrilə bilər və keçmiş şahların varislərindən biri də hakimiyyətə gələ bilər. Hal hazırda əsas tələb rejimin dəyişməsi olsa belə, bunun nə zaman baş verəcəyi hələ məlum deyil və bu məsələ sual altındadır".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə