"Bu, sülh müqaviləsinin formatının dəyişdirilməsi deməkdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistan öhdəlik olaraq götürdüyü heç bir sözü yerinə yetirmədi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Ermənistan Qarabağ münaqişəsinin həllində Qərbi maksimum şəkildə prossesə cəlb etmək istəyir. Bu da Qarabağdakı ermənilərin hüquqlarının müzakirə mövzusuna çıxarılması deməkdir. Bu həm də sülh müqaviləsinin formatının dəyişdirilməsi deməkdir. Hesab edirəm ki, Ermənistana hər addım atdığında məğlub olduğunu xatırladılmalıdır. Həm hərbi ritorika, həm də siyasi ritorika ilə danışıqlar prossesində və Azərbaycanda siyasi iradəsini davam etdirərək maksimum şəkildə Ermənistana təzyiqlərini davam etdirməlidir ki, bu münaqişə öz həllini tapsın. Əks təqdirdə problemin həlli, daha doğrusu sülh müqaviləsinin əldə olunması alınmayacaq və bu prosses illərlə uzanacaq və buda növbəti gərginliklərin olmasına gətirib çıxardacaq.

Hərbi ekspert fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ermənilərin əsas məqsədlərindən biri də bundan ibarətdir ki, Hindistanla və digər ölkələrlə hərbi texniki əməkdaşlıq, silah və texnikanın satın alınmasına dair razılaşmalar əldə etməklə parakəndə ordusunu gücləndirməkdir: "Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman və bu gün də söylədiyi kimi, sülhün bərqərar olmasında, müqavilənin ədalətli şəkildə həllinin əsas götürülməsidir. Lakin biz görür ki, Ermənistan bunu istəmir və təxribatçı əməllərinə davam edir. Lakin onlar bir şeyi yaxşı bilmirlər ki, əgər yenidən bizimlə müharibə etsələr o zaman Azərbaycan ordusu onlara daha böyük zərbə endirəcək".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə