Bəy toyqabağı vurub gəlininin çənəsini sındırıb…

...Soçi şəhərinin Adler rayon prokurorluğunun mətbuat xidməti bildirib ki, öz toyundan əvvəl gəlininin çənəsini sındıran şəxsə qarşı cinayət işi üzrə ittiham aktı rayon məhkəməsinə göndərilib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İstintaqın məlumatına görə, cütlük toy ərəfəsində mübahisə edib. Münaqişənin bir nöqtəsində kişi gəlinin üzünə necə vurubsa, gələcək…(artıq deyəsən gəlməyəcək..?) gəlinin çənəsi sınıb.

Döyülmə faktına əsasən, şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsi - “həyatı üçün təhlükəli olmayan şəxsin sağlamlığına qəsdən orta dərəcədə ağır zərər vurma” ilə cinayət işi açılıb.

...Hazırda cinayət işi üzrə ittiham aktı təsdiq edilib, cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Təqsirləndirilən şəxsi, yəni artıq bəy olmayacaq gənci 3 ilə qədər həbs gözləyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə