Payız depressiyasının səbəbləri nədir? - PSİXOLOQDAN MÜNASİBƏT

"Payız mövzümündə ən çox qarşılaşdığımız psixi narahatlıq, depressiyadır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Mahuxanım Teymurova deyib.

Onun sözlərinə görə, “Payız depressiyası” məhz bu zaman özünü göstərir: " Günəşin daha az görünməsi ilə orqanizmdə melotonin hormonu artır, “xoşbəxtlik hormonu” sayılan serotonin isə azalır. Əsas əlamətlər: Sabah yuxudan oyanmaqda çətinlik çəkmə; Həddən artıq yatma istəyi; Ümumi yorğunluq; İştahsızlıq; Hər şeyə marağın itməsi; Depressiya ilə bağlı yaranan yorgunluq, fikrini bir yerə cəm edə bilməmə, tez özündən çıxma, enerji azalması və s. əlamətlər mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Ola bilər ki, bu, heç depressiv əlamət deyil, hansısa bir xəstəliyin əlamətidir. Yaxud da başqa bir psixoloji problemin başlanğıcı ola bilər. Bu zaman insan bədəninə lazım olan enerjini toplamaq üçün rejimlə qidalanmalı, gün ərzində yarım və ya bir saat gəzintidə olmalıdır. İdmanla məşğul olmaq olduqca faydalıdır. Buludlu havada gəzintiyə marağın olmaması, istəksizliyin olmasına baxmayaraq, açıq hava, oksigen insanın əhvalını xeyli yaxşılaşdırır. Nəzərə alın ki, payız depressiyası bir xəstəlik deyil, yalnız bir psixoloji qərarsızlıq halıdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə