Payız depressiyasının səbəbləri NƏDİR? - PSİXOLOQ AYDINLAŞDIRDI

"Hər bir fəsil dəyişkənliyi zamanı bizdə fiziloji dəyişkənliklər baş verir". Bu sözləri SİA-ya açıqlasında klinik psixoloq Şahin Əliyev deyib.

Onun sözlərinə görə, bu dəyişkənliyinin insan fərqində olmur: "Fəsil dəyişkənlik insanın metabolizmasında müəyyən dəyişikliklərə səbəb olur. Bunlardan ən başlıcası bədəndə olan vitamin dəyişiklikləridir. İnsan bədənində baza vitaminlər B və D vitaminləri insanın əhval-ruhiyyəsinin tənzimlənməsində iştirak edir. Beynimizdə müəyyən neyrotransmitlərlə, xüsusilə serotonin və depomin formalaşmasında müsbət rol oynayırlar. Bu fəsil dəyişkənliyi zamanı xüsusilə də payız və yaz aylarında bu vitaminlərin balansında dəyişlik yaradır, yəni azalır. Bu da ilk növbədə özünü yorğunluq, yuxu pozuntuları, həvəssizlik, istəksizlik və depresiv hallar kimi göstərir. Yəni payız depressiyasının başlıca səbəblərindən biri bədənimizdəki vitamin çatışmazlığıdır. Bundan başqa endogen depressiyaları var. Yəni artıq bu bir xəstəlik kimidir. Bu depressiya major depressiyası da adlanır. Major depressiyanın şəxsdə aktivləşdiyi zamanlar olur. Əgər kimsə həyatında bir dəfə major depressiya yaşayıbsa və müalicə ilə bundan sağalıbsa belə fəsil dəyişkənliyi zamanı yenidən ortaya çıxa bilər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə