Səhiyyə Nazirliyində AİB-in Qərbi və Mərkəzi Asiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib - FOTO

İyunun 23-də Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Qərbi və Mərkəzi Asiya Departamentinin sosial sektor bölməsinin direktoru xanım Rie Hiraoka ilə görüş keçirilib.

Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xatırladıb ki, ölkəmiz 1999-cu ildən etibarən Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir: “Azərbaycan və Asiya İnkişaf Bankı arasında əlaqələr çoxşaxəlidir. Eyni zamanda, birgə regional əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir”.

COVID-19 pandemiyası mövzusuna toxunan səhiyyə naziri Asiya İnkişaf Bankı tərəfindən ölkəmizə yeni növ koronavirus infeksiyasının mənfi təsirinin azaldılması məqsədilə texniki yardımın ayırmasını vurğulayaraq, yardıma və dəstəyə görə minnətdarlığını bildirib.

Teymur Musayev çıxışının sonunda gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...