COVİD-19 yaddaş, təfəkkür və nitq pozğunluqlarına səbəb oldu? - HƏKİM İZAH ETDİ

Son zamanlar şaiyələr gəzir ki, COVİD-19 yaddaş, təfəkkür və nitq pozğunluqlarına səbəb olur və bu problem ömür boyu insan orqanizmində qalır. SİA mövzu ilə bağlı həkim infeksionist Namiq Nəbiyevin fikirlərini öyrənib.

Namiq Nəbiyev qeyd edib ki, özüdə daxil olmaqla ətrafında bir çox insan koronavirusa yoluxaraq sağalıb: “Onların heç birində belə problemlə rastlaşmamışıq. Bu virus insanda heç bir yaddaş pozğunluğu yarada bilməz”.

Həkim deyir ki, virus müalicə üsulu ilə sona yetir: “İstənilən vəziyyətdə hər bir xəstəlik müəyyən fəsad verə bilər. Birbaşa koronavirus isə yaddaş, təfəkkür və nitq pozğunluqlarına səbəb ola bilməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə